bp AÇG-də qazma qurğularının sayını 8-ə çatdırmağı planlaşdırır
bp-nin vitse-prezidenti Dən Sparks bildirib ki, yeni platformanın istismara verilməsi ilə qazma qurğularının sayı 6-dan 7-yə çatıb, səkkizincinin cəlb edilməsi nəzərdə tutulur.

bp şirkəti «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda qazma qurğularının ümumi sayını 8-ə çatdırmağı planlaşdırır. Bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Dən Sparks «AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar» mövzusunda məlumatlandırma sessiyasında danışıb.
Onun sözlərinə görə, «Azəri-Mərkəzi-Şərqi» platforması istismara verilib və bununla yataqdakı qazma qurğularının sayı 6-dan 7-yə yüksəlib. Səkkizinci qazma qurğusunun sualtı əməliyyatlar üçün cəlb edilməsi nəzərdə tutulur.
Dən Sparks qeyd edib ki, qazma qurğularından asılı olmayaraq quyularda müdaxiləyə imkan verən avadanlıqlar tətbiq olunur və bu işlərə ayrılan günlərin sayı xeyli artıb. Gəmilərdən və müstəqil texniki vasitələrdən istifadə etməklə də quyularda əməliyyatlar aparmaq mümkündür.
«Hər platformada bir qazma qurğusu olsa belə, əlavə iş imkanları sayəsində eyni vaxtda iki quyuda paralel fəaliyyət göstərə bilirik. Görülən tədbirlər və əlavə investisiyalar nəzərə alınanda, təqribən dörd il ərzində bir quyu üzərində iş günlərinin sayını 50 faiz artırmağa nail olmuşuq», – deyə o əlavə edib.
Tarixçə
BP 6 xəbər- bp: AÇG üzrə seysmik məlumatların həcmi 750 terabayta çatıb
- SOCAR və BP AÇG-da neftvermə əmsalını 40%-dən yuxarı qaldırmağı hədəfləyir
- AÇG layihəsinə ilk 9 ayda 1 milyard 489 milyon dollar xərclənib
- bp: «Şəfəq» layihəsində 444 yerli işçi çalışır
- BP: AÇG-dən üç rübdə gündəlik hasilat 320 min barel olub
- BP-nin üçüncü rüblük mənfəəti təxminən dörd dəfə artıb
Mənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

