Bazar · 13:44

Məxfilik siyasəti

Qüvvəyə minmə tarixi: 29 oktyabr 2026 · Son yenilənmə: 1 noyabr 2026

Bu Məxfilik siyasəti azerbusiness.az saytında (bundan sonra — «Sayt») fərdi məlumatlarınızın hansı məqsədlə toplandığını, necə emal edildiyini, kimə ötürüldüyünü və hansı hüquqlarınızın olduğunu izah edir. Siyasət «Fərdi məlumatlar haqqında» Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun hazırlanıb.

1. Fərdi məlumatların operatoru

«AZERBUSINESS ONLINE» MMC · VÖEN: 1506247841 · E-poçt: support@azerbusiness.az (bundan sonra — «Biz»).

2. Hansı məlumatları toplayırıq

Qeydiyyat zamanı: ad, e-poçt ünvanı, şifrə (şifrə açıq şəkildə saxlanılmır, yalnız geri çevrilməyən kriptoqrafik «hash» formasında), bülletenə razılıq (könüllü, ayrıca).

Kurs alışı zamanı: ad və soyad, e-poçt ünvanı, mobil telefon nömrəsi, seçilmiş kurs və tarif, məbləğ, promo kod (varsa), sifarişin tarixi və statusu, ödəniş sisteminin tranzaksiya nömrəsi.

Kart məlumatları: bank kartının nömrəsi, son istifadə tarixi və CVV kodu Saytda daxil edilmir və Bizdə saxlanılmır. Onlar birbaşa Epoint ödəniş sisteminin təhlükəsiz səhifəsində emal olunur.

Dərslərə giriş zamanı: birdəfəlik giriş kodunun «hash»-i, dərs sessiyası, cihaz və brauzer növü, IP ünvanının «hash»-i, izlənilən dərslər və irəliləyiş. Bu məlumatlar kursun və hesabın icazəsiz istifadəsinin qarşısını almaq üçün lazımdır. Dərs videolarında su nişanı kimi e-poçtunuz və sifariş nömrəniz görünür.

Bizə yazdığınız məktublar: qəbzdəki suala və digər məktublarımıza verdiyiniz cavab, seçdiyiniz məqsəd. Cavablar dərsləri sizə uyğun sıralamaq və suallarınızı cavablandırmaq üçün oxunur.

Səhər brifinqi abunəsi: e-poçt ünvanı, abunənin və razılığın tarixi (ikiqat təsdiqlə).

Texniki məlumatlar:

  • IP ünvanının duzlu, geri çevrilməyən «hash»-i — yalnız təhlükəsizlik üçün (şifrə seçmə hücumlarının, spam qeydiyyatın qarşısını almaq). IP ünvanının özü statistikada saxlanılmır; bu məqsədlə yaradılan qeydlər bir gün ərzində silinir.
  • Materialların baxış sayı və reklam göstərmə/klik statistikası — yalnız ümumi gündəlik saylar şəklində, heç bir şəxsə bağlanmadan.
  • Sayta haradan gəldiyiniz (reklam kampaniyası, istinad edən sayt) — ilk ziyarətdə 30 günlük cookie-də saxlanılır və kurs alışı olarsa sifarişə yazılır (hansı kanalın satış gətirdiyini bilmək üçün).

3. Məlumatları hansı məqsədlə və hansı əsasla emal edirik

  • Hesabın yaradılması və idarəsi, bağlı materiallara giriş — sizinlə bağlanan müqavilənin (İstifadə şərtlərinin) icrası.
  • Kursun satışı, ödənişin qəbulu, dərslərə girişin təmin edilməsi, qəbz, dərs məktubları və bildirişlər — müqavilənin icrası.
  • Mühasibat uçotu və vergi hesabatı üçün sifariş məlumatlarının saxlanması — qanuni öhdəliyin icrası.
  • Səhər brifinqi və marketinq məktubları — yalnız sizin ayrıca razılığınızla; razılığı istənilən vaxt geri götürə bilərsiniz.
  • Saytın təhlükəsizliyi, saxtakarlığın qarşısının alınması, statistik təhlil — Saytın təhlükəsiz və keyfiyyətli işləməsində qanuni maraq; bu emal minimal və anonimləşdirilmiş məlumatla aparılır.

4. Məlumatları kimə ötürürük

Fərdi məlumatlarınızı satmırıq və reklam məqsədilə üçüncü tərəflərə vermirik. Məlumatlar yalnız xidmətin göstərilməsi üçün zəruri olan həcmdə aşağıdakılara ötürülə bilər:

  • Epoint — ödənişin emalı üçün (sifariş nömrəsi, məbləğ);
  • Hostinq provayderi — Saytın serverlərində məlumatların saxlanması üçün;
  • E-poçt göndərmə xidməti — təsdiq, qəbz, dərs məktublarının və (razılığınız olduqda) bülletenin çatdırılması üçün;
  • Video yayım xidməti — dərs videolarının göstərilməsi üçün;
  • Dövlət orqanları — yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada.

Xidmət göstərənlərin serverləri Azərbaycan Respublikasından kənarda yerləşə bilər. Belə hallarda məlumatlar yalnız xidmətin göstərilməsi üçün zəruri həcmdə, qanunvericiliyin tələblərinə uyğun və müvafiq təhlükəsizlik tədbirləri ilə ötürülür. Hazırda istifadə olunan xidmət göstərənlərin siyahısı: MochaHost (hostinq və poçt qutusu), Amazon Web Services — Amazon SES (e-poçt göndərişi), Bunny.net (video yayımı), Epoint (ödəniş).

5. Saxlama müddətləri

  • Hesab məlumatları — hesab silinənə qədər.
  • Sifariş məlumatları — mühasibat və vergi qanunvericiliyinin tələb etdiyi müddət ərzində. Hesab silindikdə sifariş qeydləri hesabdan ayrılır və telefon nömrəsi silinir.
  • Bülleten abunəsi — abunədən çıxana qədər.
  • Göndərilən məktubların jurnalı — 180 gün.
  • Təhlükəsizlik limitləri üçün IP hash-ləri — 1 gün.
  • Anonim statistika (baxış və reklam sayları) — şəxsi məlumat daxil etmədiyi üçün müddətsiz və ya texniki ehtiyacdan asılı olaraq.

6. Hüquqlarınız

Qanunvericiliyə uyğun olaraq siz:

  • barənizdə hansı məlumatların emal edildiyini öyrənmək və onlarla tanış olmaq;
  • səhv və ya köhnəlmiş məlumatların düzəldilməsini tələb etmək (adınızı «Hesabım → Profil» bölməsində özünüz dəyişə bilərsiniz);
  • məlumatlarınızın silinməsini tələb etmək — hesabınızı «Hesabım → Profil» bölməsində özünüz silə bilərsiniz;
  • bülletenə verdiyiniz razılığı geri götürmək — hər məktubun sonundakı «Abunədən çıx» keçidi ilə və ya profilinizdə;
  • hüquqlarınızın pozulduğunu düşündükdə Bizə, həmçinin qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli dövlət orqanına və ya məhkəməyə müraciət etmək hüququna maliksiniz.

Sorğularınızı support@azerbusiness.az ünvanına göndərin; 10 (on) iş günü ərzində cavab veririk. Sizi tanımaq üçün sorğunun hesabınıza bağlı e-poçt ünvanından göndərilməsini xahiş edə bilərik.

7. Təhlükəsizlik

  • Sayt yalnız şifrələnmiş əlaqə (HTTPS) ilə işləyir.
  • Şifrələr və təsdiq kodları açıq şəkildə saxlanılmır; təsdiq linkləri birdəfəlik və müddətlidir.
  • Komanda hesabları iki faktorlu autentifikasiya ilə qorunur; məlumatlara giriş vəzifəyə görə məhdudlaşdırılıb və hər ixrac jurnala yazılır.
  • Yalnız zəruri olan minimum məlumat toplanır.

8. Cookie və brauzer yaddaşı

Sayt yalnız işləməsi üçün zəruri olan cookie-lərdən istifadə edir; reklam və izləmə cookie-ləri yoxdur. Ətraflı: Cookie siyasəti.

9. Uşaqlar

Sayt 16 yaşdan kiçik şəxslərə yönəlməyib və Biz bilərəkdən onların fərdi məlumatlarını toplamırıq. Belə məlumatın toplandığını aşkar etsəniz, bizə yazın — dərhal silinəcək.

10. Siyasətin dəyişdirilməsi

Bu siyasət yenilənə bilər; yeni redaksiya Saytda dərc edildiyi andan qüvvəyə minir. Əhəmiyyətli dəyişikliklər barədə qeydiyyatlı istifadəçilərə e-poçtla məlumat verilir.

Son yenilənmə: 1 noyabr 2026