Süni intellekt sizin yerinizə işləsin
Süni intellekt artıq gələcəyin texnologiyası deyil, bu günün alətidir. Bu kursda öz AI agentlərinizi qurmağı, onları idarə etməyi və biznesiniz üçün işlətməyi öyrənəcəksiniz. Proqramlaşdırma bilməyə ehtiyac yoxdur: hər addım sadə dillə, ekranda göstərilərək izah olunur.
Kursda nələri öyrənəcəksiniz
- YouTube kanalını süni intellektlə avtomatlaşdırmaq
- Realistik video və fotolar yaratmaq
- Hermes AI Agent ilə şəxsi köməkçi qurmaq
- OpenClaw ilə AI agent ofisi qurmaq
- Claude Code ilə proqram və alətləri süni intellektə yazdırmaq
- OpenAI Codex ilə öz layihələrinizi qurmaq
- Hər növ kontenti dəqiqələr içində hazırlamaq
- Biznes proseslərini AI ilə avtomatlaşdırmaq
- Sayt, portal və rəqəmsal layihə qurmaq
Kursun sonunda öz AI komandanız olacaq
Nəzəriyyə yox, real layihələr üzərində işləyəcəksiniz: YouTube kanalı, xəbər portalı, maliyyə saytı və ağlınıza gələn istənilən ideya. Kurs bitəndə agentləriniz sizin üçün araşdırır, yazır, analiz edir, layihəni qurur və nəticəni hazır təqdim edir. Siz isə işi görmək yox, idarə etmək mövqeyində olursunuz.
Bu, vaxtınızı azad edən və gəlirinizi artıran sistemdir. Texnologiya artıq hamı üçün əlçatandır, onu ilk mənimsəyən isə önə keçir.
Bonus: özəl icma
Kursla birlikdə özəl Facebook qrupumuza dəvət alırsınız. Orada suallarınızı verir, başqa tələbələrlə təcrübə bölüşürsünüz. Tək qalmırsınız.
Necə başlayırsınız
Ödəniş təsdiqlənən kimi kursa girişiniz açılır və e-poçtunuza qəbz gəlir. Məqsədinizi bizə yazsanız, dərslərin sırasını sizə uyğun düzüb göndərəcəyik. Dərslər saytdadır: istədiyiniz vaxt, öz tempinizlə izləyirsiniz.
Kursun qiyməti 199 ₼-dir.