Bazar · 15:44
Xəbər · Bazar

bp: AÇG üzrə seysmik məlumatların həcmi 750 terabayta çatıb

bp-nin vitse-prezidenti Dan Sparks bildirib ki, Azəri-Çıraq-Günəşli yatağı üzrə toplanan seysmik məlumatların ümumi həcmi 750 terabayta çatıb və bir petabayta yaxınlaşır.

bp: AÇG üzrə seysmik məlumatların həcmi 750 terabayta çatıb

Azəri-Çıraq-Günəşli yatağı üzrə indiyədək toplanan seysmik məlumatların ümumi həcmi 750 terabayta çatıb. Bu həcm artıq bir petabayta yaxınlaşır. Bunu bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Dan Sparks deyib.

Onun sözlərinə görə, AÇG yetkinləşdikcə, ilkin laydan neftin böyük hissəsi hasil edildikcə və digər, daha mürəkkəb laylara keçildikcə geoloji məlumatlara yenidən qayıtmalı və onları daha detallı miqyasda təhlil etməli olurlar. Bunun üçün məlumatların toplanmasına böyük həcmdə investisiya yatırmaq lazım gəlir.

Dan Sparks bildirib ki, bu iş SOCAR ilə birgə aparılır və nəticələr onun gözləntilərini xeyli üstələyib.

Vitse-prezident əlavə edib ki, layın təsvirinin yaradılması məqsədilə hər il təxminən 250 terabayt həcmində məlumat əldə edilir.

Tarixçə

BP 5 xəbər
  1. SOCAR və BP AÇG-da neftvermə əmsalını 40%-dən yuxarı qaldırmağı hədəfləyir
  2. AÇG layihəsinə ilk 9 ayda 1 milyard 489 milyon dollar xərclənib
  3. bp: «Şəfəq» layihəsində 444 yerli işçi çalışır
  4. BP: AÇG-dən üç rübdə gündəlik hasilat 320 min barel olub
  5. BP-nin üçüncü rüblük mənfəəti təxminən dörd dəfə artıb

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər