Sumqayıt Sənaye Parkına 5.5 milyard manatdan çox investisiya yatırılıb
Parkın rezidentləri indiyədək 5.5 milyard manatdan çox sərmayə qoyub və 6500-ə yaxın daimi iş yeri açıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidentləri bu günə qədər 5.5 milyard manatdan çox investisiya yatırıb. Parkda 6500-ə yaxın daimi iş yeri var. Bu rəqəmlər Qananın Ticarət, Aqrobiznes və Sənaye Nazirliyinin baş direktoru və inzirati rəhbəri Noah Tumfonun rəhbərlik etdiyi nümayəndə heyətinin Parka səfəri zamanı açıqlanıb.
Qonaqlara bildirilib ki, Parkda 46 rezident qeydiyyatdadır. Burada istehsal olunan məhsullar daxili bazarda satılır, eyni zamanda «Made in Azerbaijan» brendi altında xarici ölkələrə göndərilir.
İxrac coğrafiyası genişdir: Türkiyə, Rusiya, Ukrayna, Belarusiya, Çin, Bolqarıstan, Rumıniya, Polşa, Hollandiya, İtaliya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, BƏƏ, Livan, Yaponiya, ABŞ, Kanada və digər ölkələr.
Tarixçə
Sumqayıt Sənaye Parkı 1 xəbərMənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri







