Bazar · 17:29
Xəbər · İqtisadiyyat

Qeyri-neft ixracı oktyabrda 414.2 milyon dollara çatıb

Yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 20.8% artaraq 3.6 milyard dollar olub; oktyabrda aylıq ixrac 23% çoxalıb.

Qeyri-neft ixracı oktyabrda 414.2 milyon dollara çatıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı bu ilin yanvar-oktyabr aylarında 3.6 milyard dollara çatıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın noyabr sayına görə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20.8% çoxdur.

Oktyabr ayında qeyri-neft ixracı 414.2 milyon dollar olub və keçən ilin oktyabrından 23% yuxarıdır.

Hesabat dövründə yeyinti məhsullarının ixracı 115.2 milyon dollar dəyərindədir. Qeyri-yeyinti məhsulları üzrə ixrac 29.9% artımla 280.7 milyon dollara çatıb.

Yanvar-oktyabr aylarında şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı 2.4 dəfə (137.6%), alüminium və ondan hazırlanan məmulatların ixracı 39.2%, qara metallardan hazırlanan məmulatların ixracı 34%, bitki və heyvan mənşəli piylər və yağların ixracı 27.1%, mis və ondan hazırlanan məmulatların ixracı 24.9%, üzvi kimyəvi birləşmələrin ixracı 16.1%, pambığın ixracı 14.2%, tərəvəzlərin ixracı 11.6%, qəhvə və çayın ixracı 10.9%, yeməli meyvələrin ixracı 6.7% artıb.

Aqrar məhsullar üzrə ixrac 12.7% artaraq 866.9 milyon dollara, aqrar-sənaye məhsulları üzrə ixrac 28.8% artımla 334.9 milyon dollara yüksəlib. Aqrar və aqrar-sənaye məhsullarının ümumi ixracı 16.7% artaraq 1.2 milyard dollar olub.

Fotosessiya · 5 foto

1 / 5
Qeyri-neft ixracı oktyabrda 414.2 milyon dollara çatıb
Qeyri-neft ixracı oktyabrda 414.2 milyon dollara çatıb
Qeyri-neft ixracı oktyabrda 414.2 milyon dollara çatıb
Qeyri-neft ixracı oktyabrda 414.2 milyon dollara çatıb
Qeyri-neft ixracı oktyabrda 414.2 milyon dollara çatıb

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər