Bazar · 09:14
Xəbər · Bazar

TotalEnergies Azərbaycanda yeni Günəş və külək layihələrinə maraq göstərir

Energetika naziri Pərviz Şahbazov TotalEnergies-in vitse-prezidenti Martina Opizzi ilə görüşüb; şirkət ölkədə fəaliyyətini genişləndirmək istəyir.

TotalEnergies Azərbaycanda yeni Günəş və külək layihələrinə maraq göstərir

Energetika naziri Pərviz Şahbazov TotalEnergies şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Martina Opizzi ilə görüşüb. Energetika Nazirliyinin AZƏRTAC-a verdiyi məlumata görə, görüşdə Abşeron qaz-kondensat yatağının tammiqyaslı işlənməsi layihəsinin gedişi müsbət qiymətləndirilib.

Tərəflər layihədə sərf olunan elektrikin bərpaolunan mənbələrdən alınmasını və bunun karbon emissiyalarını azaltmaq imkanlarını müzakirə ediblər. TotalEnergies Azərbaycandakı işini genişləndirməyə, o cümlədən yeni Günəş və külək enerjisi layihələrində yer almağa maraq göstərdiyini bildirib.

Görüşdə elektrik şəbəkəsinin inkişafı üzrə tədqiqatın yekunlaşmaq üzrə olduğu diqqətə çatdırılıb. Onun nəticələri əlavə bərpaolunan enerji güclərinin şəbəkəyə qoşulması imkanlarını göstərəcək.

Nazirlik Azərbaycanın yaşıl enerji dəhlizləri sahəsindəki təşəbbüsləri barədə də məlumat verib. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında imzalanan strateji tərəfdaşlıq sənədi mövcud elektrik bağlantılarının vahid dəhlizdə birləşdirilməsinə xidmət edir. Növbəti mərhələdə birgə müəssisənin yaradılması və texniki-iqtisadi əsaslandırmanın hazırlanması nəzərdə tutulub.

Söhbət həmçinin Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının nəticələrinə, Azərbaycan elektrik enerjisinin Avropa bazarlarında rəqabətqabiliyyətliliyinə və layihəyə potensial investorların cəlb edilməsi imkanlarına toxunub.

Fotosessiya · 3 foto

1 / 3
TotalEnergies Azərbaycanda yeni Günəş və külək layihələrinə maraq göstərir
TotalEnergies Azərbaycanda yeni Günəş və külək layihələrinə maraq göstərir
TotalEnergies Azərbaycanda yeni Günəş və külək layihələrinə maraq göstərir

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər