Bazar · 12:44
Xəbər · Texnologiya

15 şirkətin rəqəmsal və “yaşıl” transformasiyası tamamlanıb

MEXT və 4SİM-in “Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində 10 kiçik və orta biznes subyekti, 5 iri müəssisə olmaqla 15 şirkətin rəqəmsal və “yaşıl” transformasiyası başa çatıb.

15 şirkətin rəqəmsal və “yaşıl” transformasiyası tamamlanıb

Azərbaycanda 15 şirkətin rəqəmsal və “yaşıl” transformasiyası tamamlanıb. Bu barədə Türkiyənin Rəqəmsal Fabriki MEXT-in satış və marketinq üzrə icraçı direktoru Barış Arıkan Bakıda keçirilən “Sənayenin texnoloji və yaşıl Transformasiyası” tədbirində danışıb. Onun sözlərinə görə, proqram İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə birgə icra olunub.

Arıkan bildirib ki, “Sənaye 4.0 Hazırlıq Proqramı”na 10 kiçik və orta biznes subyekti, 5 iri müəssisə daxil edilib. MEXT SIRI və COSIRI metodologiyaları ilə şirkətlərin rəqəmsal və dayanıqlılıq üzrə yetkinlik səviyyələrini birbaşa müəssisələrdə qiymətləndirib. Sonra hər şirkət üçün fərdi transformasiya yol xəritələri hazırlanıb və prioritet investisiya sahələri müəyyənləşdirilib.

Növbəti mərhələdə transformasiya layihələri biznes modelləri və maliyyə gəlirliliyi təhlilləri ilə konkretləşdirilərək nazirliyə təqdim edilib. Şirkətlərin maliyyə resurslarına çıxış prosesinə nəzarət başlanıb. Arıkan deyib ki, şirkətlər proqramdan razı qalıb: sorğuların nəticəsinə görə, 10 ballıq şkala üzrə məmnuniyyət göstəricisi 9.23 bal olub.

Hazırda proqramın yeni mərhələsi üzrə müraciətlərin idarə olunması aparılır.

Fotosessiya · 5 foto

1 / 5
15 şirkətin rəqəmsal və “yaşıl” transformasiyası tamamlanıb
15 şirkətin rəqəmsal və “yaşıl” transformasiyası tamamlanıb
15 şirkətin rəqəmsal və “yaşıl” transformasiyası tamamlanıb
15 şirkətin rəqəmsal və “yaşıl” transformasiyası tamamlanıb
15 şirkətin rəqəmsal və “yaşıl” transformasiyası tamamlanıb

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər