Pensiyalara 10 ayda 6 milyard 527 milyon manat yönəldilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, yanvar-oktyabr aylarında pensiya ödənişləri ötən ilin eyni dövründən 10% çox olub.

Bu ilin yanvar-oktyabr aylarında pensiya ödənişlərinə 6 milyard 527 milyon manat vəsait yönəldilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu məbləğ ötən ilin müvafiq dövründən 10% (608 milyon manat) çoxdur.
İlin əvvəlindən pensiyalar 9.3% indeksləşdirilərək artırılıb. Noyabrın 1-nə pensiyaların orta aylıq məbləği ötən ilin eyni dövrünə nisbətən 10% artaraq 596 manata çatıb. Yaşa görə orta aylıq pensiya 634 manatdır.
Yanvar-oktyabr aylarında 30 min pensiya təyinatı, elektron pensiya təyinatına başlanan 2019-cu ilin əvvəlindən isə 208 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.
Mənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri