Bazar · 17:44
Xəbər · İqtisadiyyat

Minimum əməkhaqqına ildə azı bir dəfə baxılacaq: işçi qrupu yaradılıb

Nazirlər Kabinetində minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq baxılması üçün işçi qrupu yaradılıb. Fuad Heydərov deyib ki, qrupda dövlət orqanları və sosial tərəfdaşlar təmsil olunur.

Minimum əməkhaqqına ildə azı bir dəfə baxılacaq: işçi qrupu yaradılıb

Nazirlər Kabinetində minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq baxılması üçün işçi qrupu yaradılıb. Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Onun sözlərinə görə, son dövrlərdə Əmək Məcəlləsinə edilən dəyişikliklərdən biri də minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq baxılması mexanizminin tətbiqidir. Fuad Heydərov bildirib ki, bu mexanizmlə əlaqədar işçi qrupu artıq yaradılıb.

Qrupda aidiyyəti dövlət orqanlarının rəhbərləri və rəhbər müavinləri, həmçinin sosial tərəfdaşların nümayəndələri iştirak edirlər. Nazirlik rəsmisi deyib ki, məsələyə baxılarkən «Yaşayış minimumu haqqında» qanunda minimum əməkhaqqı ilə bağlı müəyyən edilmiş meyarlar nəzərə alınacaq, hər bir tərəfin rəhbərlik etdiyi orqan və təşkilatların xüsusiyyətləri əsas götürüləcək.

Bununla da minimum əməkhaqqının saatlıq məbləğinin və ümumi məbləğinin müəyyən edilməsi təmin olunacaq.

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər