AMB 9 ayda 62 depozit hərracı keçirib, orta məbləğ 2 milyard 42 milyon manat
Mərkəzi Bankın icmalına görə, yanvar-sentyabr aylarında 1 gecəlik depozit aləti bütün iş günlərində, əks-repo aləti isə iş günlərinin yalnız 2%-də istifadə edilib.

Yanvar-sentyabr aylarında yerli banklar daimi imkan alətləri üzrə əsasən Azərbaycan Mərkəzi Bankının sterilizasiya yönümlü alətlərindən istifadə edib. Bu barədə AMB-nin 9 aylıq «Pul Siyasəti İcmalı»nda deyilir.
İcmala görə, 1 gecəlik depozit daimi imkan alətindən istifadə bütün iş günlərində müşahidə edilib. 1 gecəlik əks-repo daimi imkan alətinə müraciət isə iş günlərinin yalnız 2%-də qeydə alınıb.
Hesabat dövründə AMB izafi likvidliyi idarə etmək, avtonom amillərin monetar şəraitə təsirini neytrallaşdırmaq və AZIR indeksinin uçot dərəcəsinə yaxın trayektoriyada formalaşmasını dəstəkləmək üçün 7 günlük depozit əməliyyatlarından aktiv istifadə edib. Bu çərçivədə 62 depozit hərracı keçirilib, hərraclar üzrə orta əməliyyat məbləği 2 milyard 42 milyon manat olub.
Tarixçə
Azərbaycan Mərkəzi Bankı 3 xəbərMənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri