Bazar · 12:29
Xəbər · İqtisadiyyat

Deputat dövlət sifarişli sahibkarlar üçün vergi hesablaşması təklif etdi

Milli Məclisdə dövlət sifarişlərini icra edən sahibkarların vergi borcları üzrə qarşılıqlı hesablaşma mexanizminin yaradılması təklif olunub.

Deputat dövlət sifarişli sahibkarlar üçün vergi hesablaşması təklif etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc dövlət sifarişlərini icra edən sahibkarların vergi borcları üzrə qarşılıqlı hesablaşma mexanizminin yaradılmasını təklif edib. Deputat çıxışında istehsal müəssisələrinin borclarının restrukturizasiyasının da genişləndirilməsini dilə gətirib.

Z.Orucun sözlərinə görə, ötən illər ərzində kənd təsərrüfatına, sənaye parklarına, texnologiyaya və digər sahələrə tətbiq olunan vergi güzəştləri iqtisadi inkişafa xidmət edir. O, gələcəkdə büdcə zərfinə vergi güzəştlərinin iqtisadi səmərəliliyinə dair ayrıca sənədin daxil edilməsini təklif edib. Deputat bildirib ki, son 10 ildə dövlətin güzəşt şəklində sahibkarların sərəncamında saxladığı vəsait hesabına nə qədər əlavə dəyərin və neçə daimi iş yerinin yaradılması kimi məsələlər hesabata salına bilər.

Çıxışda müəssisələrin bir gün ərzində qeydiyyata alınmasının onların avtomatik 10 il fəaliyyət göstərəcəyinə təminat vermədiyi də qeyd olunub. Z.Oruc sahibkarlığın demoqrafiyasına dair ayrıca statistik bazanın yaradılmasını təklif edib. Onun fikrincə, mikrosahibkarların daha yüksək biznes kateqoriyasına keçməsi zamanı vergi yükünün optimallaşması və müəyyən şərtlərlə 5 il müddətinə 25%-lik vergi güzəştinin verilməsi 10 minədək sahibkarın inkişafı üçün imkanlar açır.

Deputat vurğulayıb ki, Azərbaycanın iqtisadi hədəfi yüz minlərlə mikrosahibkarın yaranması ilə bərabər, onların arasından yüzlərlə iri, uzunömürlü, beynəlxalq bazarlarda rəqabət aparan milli şirkətlərin yetişməsidir. Onun sözlərinə görə, sahibkarlar üçün vergi inzibatçılığının sadələşdirilməsi böyük əhəmiyyət daşıyır.

Tarixçə

Milli Məclis 5 xəbər
  1. Sahibə Qafarova: 2027-ci il büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat proqnozlaşdırılır
  2. Milli Məclis 2027-ci il büdcəsini ilk oxunuşda müzakirəyə çıxardı
  3. Nazir müavini: minimum əməkhaqqına yanaşma dəyişdirilməlidir
  4. Komitədə büdcə zərfinə daxil olan üç qanun layihəsi müzakirəyə çıxarılıb
  5. Sekyuritizasiya qanunla tənzimlənəcək, istiqrazların 5%-i satıcıya qalacaq

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər