Bazar · 06:29
Xəbər · İqtisadiyyat

Milli Məclis 2027-ci il büdcəsini ilk oxunuşda müzakirəyə çıxardı

Gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon, xərcləri 42 milyard 400 milyon manat proqnozlaşdırılır; kəsir 3 milyard 146 milyon manat olacaq.

Milli Məclis 2027-ci il büdcəsini ilk oxunuşda müzakirəyə çıxardı

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən «2027-ci il dövlət büdcəsi haqqında» qanun layihəsi müzakirəyə çıxarılıb. Layihədə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri 42 milyard 400 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Gəlirlərin 38 milyard 518 milyon 425 min manatı mərkəzləşdirilmiş, 735 milyon 575 min manatı yerli gəlirlərdir. Xərclərin 41 milyard 664 milyon 425 min manatı mərkəzləşdirilmiş, 735 milyon 575 min manatı yerli xərclərdir.

Belə hesabla dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranmalıdır ki, bu da illik müqayisədə 1.7% çoxdur.

İcmal büdcənin gəlirləri 47 milyard 619.2 milyon manat, xərcləri 50 milyard 377.1 milyon manat olacaq. Bu göstəricilər 2026-cı ilin təsdiq olunmuş proqnozlarından müvafiq olaraq 5.9% və 3.1% çoxdur. İcmal büdcədə kəsir 2 milyard 757.9 milyon manat olacaq və illik müqayisədə 28.7% azalacaq.

Tarixçə

2027-ci il dövlət büdcəsi 1 xəbər
  1. Nazir: 2027-ci ildə ÜDM 141 milyard manat olacaq

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər