“Binance” ABŞ dolları ilə köçürmələrini dayandıracaq
ABŞ dolları ilə depozit və pul vəsaitlərinin çıxarılmasını dayandıracayıq

Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”, heç bir səbəb göstərmədən, keçən həftənin bazar ertəsi şirkətdən ABŞ dolları ilə depozit və pul vəsaitlərinin çıxarılmasını dayandıracağını söylədi.
Binance sözçüsü CNBC-yə bildirib ki, “Biz 8 fevral tarixindən etibarən ABŞ dolları ilə bank köçürmələrini müvəqqəti dayandırırıq”. “Təsirə məruz qalan müştərilərə birbaşa məlumat verilir.” Şirkət bildirir ki, “aylıq aktiv istifadəçilərimizin 0,01%-i ABŞ dolları ilə bank köçürmələrindən istifadə edir” və əlavə edib ki, “xidməti mümkün qədər tez yenidən başlatmaq üçün çox çalışırıq”.
Şirkətin Xəzinədarlıq Departamentinin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şəbəkəsi tərəfindən tənzimlənən bölməsi Binance ABŞ, twitində dayandırmanın ona təsir etmədiyini bildirib. Beləliklə, bu hərəkət yalnız bank hesablarına və ya bank hesablarından dollarla pul köçürən qeyri-ABŞ müştərilərinə şamil edilir.
“Arkham Intelligence”-in məlumatları göstərir ki, elandan sonra Binance-in kripto pul kisələrindən vəsait axınında kəskin artım baş verib, çünki tether və USDC kimi milyonlarla dollarla sabitlənmiş stabilkoinlər rəqib birjalara və ya fərdi cüzdanlara axıb.
“DefiLlama” -nın məlumatlarına əsasən Binance-in xalis ABŞ dollar ilə çıxışı gün ərzində 172 milyon dollardan çox olub. “Arkham”-a görə, bu vəziyyət, 42,2 milyard dollarlıq kriptoaktivlərə sahib olan bir şirkət üçün çox az pul deməkdir.
Sözcü bildirir ki, “biz hələ də xalis depozitlər üzrə çox müsbət nəticəyə malikik”.”Keçən həftə bəzi istifadəçilərin qazanc əldə etdiyini gördüyümüz zaman,bazar dəyişkənliyindən sonra qiymətlər bərabərləşməyə başlıyır, bu isə axının həmişə artmsına səbəb olur.
Yanvarın sonunda Binance, ABŞ-ın bank tərəfdaşı Signature Bankla ABŞ dolları ilə əməliyyat minimumlarını 100.000 dollara qədər artırdığını bildirdi. “Binance” məlumat verib ki, Signature birjaya yeni minimumu bildirərək, bunu kriptovalyuta birjasında olan bütün müştərilərinə şamil olunduğunu qeyd edib.
Bazar ertəsi dayandırılmasına gəldikdə isə, Binance sözçüsü CNBC-yə bildirib ki, “Binance.US-ın öz bank tərəfdaşları var və heç bir problemi yoxdur.” Binance-in əsas birjası ABŞ istifadəçilərinə xidmət göstərmir”.
Binance, müştərilərin kriptovalyuta almaq üçün hələ də digər fiat valyutalarından və ya ödəniş üsullarından istifadə edə biləcəyini söylədi.Təsirə məruz qalanların sayına gəldikdə isə, “yaxın bir neçə həftə ərzində bu istifadəçilər üçün elan edəcəyimiz yeni bir əməkdaşımız olacaq” deyərək bildirib.
Mənbə: CNBC
Tarixçə
Binance 13 xəbər- Dow düşdü, Nasdaq qalxdı: investorlar seçki və AMD-nin nəticələrini gözləyir
- Binance oğruları 6.3 milyardlıq heystdə saxta müsahibələrdən istifadə edib
- Binance rekord hakerlikdən sonra market-meykerlərə güzəştləri artırıb
- Binance tarixin ən böyük kripto hücumuna məruz qalıb: $6.3 milyard
- Şimali Koreya hackerləri Binance-dən $6.3 milyard oğurlayıb
- Intel və Amazon-un səhmləri düşdü, Binance-də 6.3 milyard dollarlıq oğurluq
- Binance oğurlanmış 6 milyard dolların çoxunu geri alıb, çıxarışları bərpa edir
- Bloomberg: Böyük texnologiya səhmlərini AI xərcləri ilə bağlı qorxular vurur
- Intel səhmləri kompüter bazarındakı enişdən düşüb
- Binance rekord haker hücumunda 6.3 milyard dollar itki bildirdi
- Nasdaq fyuçersləri kəskin düşdü, Binance milyardlıq hackdən sonra aktivləri dondurdu
- Cristiano Ronaldo 1 milyard dollarlıq cərimə oluna bilər
- İnvestorlar Binance Stablecoin-dən (BUSD) təxminən 6 milyard dollar çəkiblər
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri