Səngəçaldan neft və kondensat ixracı 13.2% azalıb
Yanvar-sentyabr aylarında Səngəçal terminalından təxminən 138 milyon barel neft və kondensat ixrac edilib.

Bu ilin doqquz ayında Səngəçal terminalından təxminən 138 milyon barel neft və kondensat ixrac edilib. «BP-Azerbaijan» şirkətinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövründən 13.2% azdır.
Şirkət bildirir ki, «Azəri-Çıraq-Günəşli» blokundan neft, «Şahdəniz» yatağından kondensat və təbii qaz adi rejimdə yola salınıb. Terminaldan çıxan neft və kondensatın hamısı Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilib.
Hesabat dövründə «Şahdəniz» qazının terminaldan gündəlik orta göndərişi təqribən 73.4 milyon standart kubmetr olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.5% azdır.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1.2 milyon barel neft və kondensat, «Şahdəniz» qazı üçün təqribən 81 milyon standart kubmetrdir. AÇG səmt qazı da daxil olmaqla ümumi qaz emalı və ixracı gücü gündəlik təqribən 100 milyon standart kubmetrə çatır.
Mənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri