Maliyyə Nazirliyi 34.4 milyon manatlıq dövlət istiqrazı yerləşdirib
Bakı Fond Birjasında keçirilən hərracda investorlar 67.2 milyon manatlıq sifariş verib, nazirlik isə 34.4 milyon manatlıq istiqraz satıb.

Noyabrın 3-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240105 ISIN kodlu dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. İstiqrazların tədavül müddəti 1080 gündür.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, investorların bu istiqrazlar üzrə təqdim etdiyi sifarişlərin nominal üzrə ümumi məbləği 67.2 milyon manat olub. Nazirlik 34.4 milyon manat məbləğində dövlət istiqrazını yerləşdirib.
Rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiymət 99.3366 (7.2500 faiz), kəsmə qiyməti də 99.3366 (7.2500 faiz) səviyyəsində müəyyən edilib.
İstiqrazların ödəmə müddəti 2029-cu il noyabrın 3-dür.
Mənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri