Bazar · 14:29
Xəbər · Şirkətlər

Baytarlıq şəhadətnaməsinə görə 10 manatlıq rüsum ləğv edilir

«Dövlət rüsumu haqqında» qanuna təklif edilən dəyişikliklə baytarlıq şəhadətnaməsinin verilməsinə görə 10 manatlıq dövlət rüsumunun ləğvi nəzərdə tutulur.

Baytarlıq şəhadətnaməsinə görə 10 manatlıq rüsum ləğv edilir

Baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun ləğv edilməsi təklif olunur. Bu, «Dövlət rüsumu haqqında» qanuna edilən dəyişiklik layihəsində əksini tapıb.

Hazırda qanunun 18.66.1-ci maddəsinə əsasən, şəhadətnamənin verilməsinə görə 10 manat dövlət baytarlıq rüsumu tutulur. Hər dəfə ödənişli əsaslarla şəhadətnamə alınması sahibkarlıq subyektləri üçün əlavə maliyyə yükü və digər xərclər yaradır. Bu da heyvan mənşəli məhsulların maya dəyərinə və satış qiymətlərinə təsir göstərir.

Dəyişikliyin məqsədi həmin qiymət artımının qarşısını almaqdır. Buna görə baytarlıq şəhadətnaməsinə görə müəyyən edilən dövlət rüsumunun ləğvi məqsədəuyğun sayılır.

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər