Bazar · 15:14
Xəbər · Şirkətlər

“Twitter”in gəliri təxminən 40% azalıb

Twitter özəl şirkətlər kateqoriyasına keçib və artıq maliyyə hesabatlarını dərc etmir

“Twitter”in gəliri təxminən 40% azalıb

Amerikanın “Twitter” şirkətinin ötən ilin dekabrında gəliri reklam verənlərin əməkdaşlıq etməməsindən sonra təxminən 40% azalıb.

“AZERBUSINESS” xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə gəlir və xalis mənfəətdə təxminən 40% azalma Twitter rəhbərliyi tərəfindən investorlara təqdim edilib.

Keçən ilin oktyabrında sahibkar Elon Mask tərəfindən satın alındıqdan sonra Twitter özəl şirkətlər kateqoriyasına keçdi və artıq maliyyə hesabatlarını dərc etmir.

CNN-in fevralın ortalarında verdiyi məlumata görə, yeni sahibin siyasəti ilə razılaşmadığı üçün reklam verənlərin yarıdan çoxu şirkətlə əməkdaşlığı dayandırıb. Qeyd olunub ki, ötən ilin oktyabrından yanvarın 25-dək aylıq reklam gəlirləri 60%-dən çox azalaraq 127 milyon dollardan 48 milyon dollara düşüb.

Tarixçə

Twitter 2 xəbər
  1. İlon Mask iti “Twitter”in baş direktoru təyin edib
  2. “Twitter” ödənişli abunəçilər üçün yeni funksiyalar təqdim edib

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər