Bazar · 23:44
Xəbər · Şirkətlər

Sumqayıt Sənaye Parkında 60 milyon manatlıq kağız zavodu qeydiyyata düşdü

«Sumqayıt kağız emalı zavodu» MMC Parkın rezidenti statusu alıb. İnvestisiya dəyəri 60 milyon manatdan çox olan layihə il ərzində 90 min ton kağız istehsal edəcək.

Sumqayıt Sənaye Parkında 60 milyon manatlıq kağız zavodu qeydiyyata düşdü

Sumqayıt Sənaye Parkında karton və kağız tullantılarının təkrar emalı ilə məşğul olacaq daha bir müəssisə yaranır. İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, «Sumqayıt kağız emalı zavodu» MMC-yə Agentliyin idarəçiliyində olan Parkın rezidenti statusu verilib.

Layihənin investisiya dəyəri 60 milyon manatdan çoxdur. Müəssisə il ərzində 90 min ton karton və kağız tullantısını təkrar emal edəcək.

Cənubi Qafqazın ən böyük sənaye parkı sayılan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdadır. Agentliyin məlumatına görə, indiyə qədər rezidentlər Parka 5.6 milyard manatdan çox investisiya yatırıb və 6400-dən çox iş yeri yaradıb.

Fotosessiya · 2 foto

1 / 2
Sumqayıt Sənaye Parkında 60 milyon manatlıq kağız zavodu qeydiyyata düşdü
Sumqayıt Sənaye Parkında 60 milyon manatlıq kağız zavodu qeydiyyata düşdü

Tarixçə

Sumqayıt Sənaye Parkı 2 xəbər
  1. Sumqayıt Sənaye Parkına 5.5 milyard manatdan çox investisiya yatırılıb
  2. Sumqayıt Sənaye Parkının rezidenti şüşə emalı istehsalına keçir

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər