Bakcell Peerstack Academy tələbələri üçün süni intellekt hakatonu keçirib
Bakcell növbəti süni intellekt hakatonunu Peerstack Academy tələbələri üçün təşkil edib; gənclər telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar.

“Bakcell” gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib. Bu dəfə “Peerstack Academy” tələbələri süni intellekt üzrə təşkil edilən hakatonda bir araya gəliblər. Tədbir gənclərin texnoloji bacarıqlarının inkişafına yönələn hakatonlar silsiləsinin davamıdır.
Hakaton çərçivəsində iştirakçılar telekommunikasiya sahəsi üçün süni intellekt dəstəkli məhsullar hazırlayıblar. Komandalar süni intellekt alətlərindən istifadə edərək texnoloji həllər üzərində çalışıb, ideyalarını praktik layihələrə çeviriblər. Gənclər texniki biliklərlə yanaşı, komanda işi, problem həlletmə və yaradıcı düşünmə bacarıqlarını da göstəriblər.
Layihələr funksionallıq, texnoloji yanaşma, istifadəçi təcrübəsi və təqdimat meyarları əsasında qiymətləndirilib. Hakatonun sonunda fərqlənən komandalar “Bakcell” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.
“Bakcell” bu kimi təşəbbüslərlə gənc istedadların inkişafına və onların rəqəmsal bacarıqlarının gücləndirilməsinə dəstəyini davam etdirir. Şirkət Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir, hazırda üç milyondan çox müştərini xidmətlərlə təmin edir. “Bakcell” “NEQSOL Holding”in tərkibində olan “Azerconnect Group”a daxildir.
Mənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri













