Bazar · 15:29
Xəbər · Bazar

«Qərbi Abşeron» yatağında 50 saylı dəniz özülü işə salınıb

SOCAR-ın «Azneft» birliyi «Qərbi Abşeron» yatağında yeni stasionar dəniz özülünü istismara verib, ilk quyudan hasilat başlayıb.

«Qərbi Abşeron» yatağında 50 saylı dəniz özülü işə salınıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) «Azneft» İstehsalat Birliyinin Abşeronneft Neft və qazçıxarma idarəsi «Qərbi Abşeron» yatağında yeni tikilmiş 50 saylı stasionar dəniz özülünü istismara verib. Bu barədə «Report» «Azneft»ə istinadən xəbər verir.

Yeni platformada ilk quyunun qazma və tamamlama işləri uğurla yerinə yetirilib, həmin quyuda hasilat prosesinə başlanılıb.

«Azneft»in məlumatına görə, platformada ümumilikdə 16 quyunun qazılması planlaşdırılır. Qazma və tamamlama işləri müasir texnologiyalar və kompüter proqramları əsasında hazırlanmış geoloji modelə uyğun layihələndirilir və icra edilir.

Tarixçə

SOCAR 2 xəbər
  1. SOCAR ABŞ-ın Haynesville layihələrində pay alır: 1.65 milyard dollar
  2. 2027-ci ildə 52 dövlət müəssisəsi büdcəyə dividend ödəyəcək

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər