Moskva birjası Azərbaycan manatı ilə ticarətə başlamağı planlaşdırır
Birjanın Biznesin inkişafı departamentinin icraçı direktoru K.Pestov məlumat verib

AZERBUSINESS marja.az-a istinadən bildirir ki, Moskva birjası 2023-c ildə Azərbaycan manatı ilə ticarətə başlamaq imkanını nəzərdən keçirir.
Bu barədə Moskva birjasının Biznesin inkişafı departamentinin icraçı direktoru Kirill Pestov məlumat verib.
“Biz 10-a yaxın valyuta cütlüyünü nəzərdən keçiririk, o cümlədən BƏƏ dirhəmi, Azərbaycan manatı, Misir funtu, bunlar ölkəmizin böyük xarici ticarət tərəfdaşlarıdır. Digər valyutaların işə salınması və inkişaf potensialını öyrənəcəyik, tənzimləyicilər və bazar iştirakçıları tərəfindən maraq var”, – o jurnalistlərə bildirib.
Birja 2022-ci ildə beş yeni valyuta ilə ticarətə başlayıb: Ermənistan dramı, Cənubi Afrika randı, Özbəkistan somu, Qırğızıstan somu və Tacikistan somonisi.
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri