İstehlakçı hüquqları qanununa əsaslı dəyişikliklər hazırlanır
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmisi Yusif Tapdiqlı deyib ki, 1995-ci ildə qəbul olunmuş qanuna yaxın gələcəkdə əsaslı dəyişikliklər ediləcək.

«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanuna əsaslı dəyişikliklər ediləcək. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdiqlı deyib.
O, «İstehlakçıların əsas hüquqları və onların müdafiəsi» mövzusunda media təlimində danışıb. Şöbə müdirinin sözlərinə görə, 1995-ci ildə qəbul olunmuş qanuna indiyədək bir neçə dəyişiklik edilib.
Yusif Tapdiqlı bildirib ki, yaxın gələcəkdə qanuna əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu iş üzrə müvafiq qurumlarla müzakirələr aparılır.
Mənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri


