TAP kəməri 2020-ci ildən bəri Avropaya 64 milyard kubmetr qaz nəql edib
Trans-Adriatik Boru Kəməri altı il ərzində Avropaya 64 milyard kubmetr təbii qaz çatdırıb.

Trans-Adriatik Boru Kəməri (TAP) 2020-ci ildən indiyədək Avropaya 64 milyard kubmetr təbii qaz nəql edib. Bu barədə TAP-ın “X” sosial şəbəkəsindəki rəsmi hesabında yayımlanan statusda bildirilib.
Paylaşımda altı il ərzində 64 milyard kubmetr qazın təhlükəsiz şəkildə nəql olunduğu və kəmərin dayanıqlı gələcəyə doğru etibarlı marşrut olduğu qeyd edilib.
Şirkətin məlumatına görə, 2020-ci ildən etibarən TAP Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və təchizat mənbələrinin şaxələndirilməsinə töhfə verir, həmçinin Avropanın dəyişən enerji tələbatına uyğunlaşır.
Azərbaycan qazının TAP vasitəsilə Avropaya nəqli 2020-ci il dekabrın 31-dən başlayıb.
Mənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri