Bazar · 23:44
Xəbər · Şirkətlər

“SOCAR PETROLEUM” və KFC yanacaqdoldurma məntəqələrində şəbəkəni genişləndirir

"SOCAR PETROLEUM" və "KFC Azerbaijan" əməkdaşlıq memorandumu imzalayıb. Növbəti 12 ayda SOCAR brendli yanacaqdoldurma stansiyalarında yeni KFC restoranları açılacaq.

"SOCAR PETROLEUM" və KFC yanacaqdoldurma məntəqələrində şəbəkəni genişləndirir

“SOCAR PETROLEUM” QSC ilə “KFC Azerbaijan” arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd SOCAR brendli yanacaqdoldurma stansiyalarının ərazisində KFC restoranlar şəbəkəsinin genişləndirilməsini nəzərdə tutur. Planlara görə yaxın 12 ay ərzində ölkədə geniş xidmət şəbəkəsi olan “SOCAR PETROLEUM” stansiyalarında yeni KFC restoranları açılacaq.

Birgə layihə yanacaq, rahat infrastruktur, fasiləsiz xidmət (24/7) və KFC-nin təamlarını bir yerdə təqdim etməyi hədəfləyir. Beləliklə sürücülər, səyahətçilər və onların ailələri üçün xidmətin yeni səviyyəsi formalaşmalıdır. Yeni restoranlar KFC-ni ölkə sakinləri və qonaqları üçün daha əlçatan edəcək, xidmət rahatlığını artıracaq.

Layihənin mühüm hissəsi yeni iş yerlərinin yaradılması və kadr potensialının inkişafıdır. Şəbəkənin genişlənməsi restoran biznesində gənc mütəxəssislər üçün peşəkar hazırlıq, karyera yüksəlişi və inkişaf imkanları açacaq.

Hazırda Azərbaycanda KFC şəbəkəsində 42 restoran var. Brendin əsas prinsiplərindən biri məhsulların təzə hazırlanması və yüksək keyfiyyətidir. Toyuq əti hər gün birbaşa restoranlarda hazırlanır, hər parça KFC-nin resepti ilə əllə panirlənir. Hazırlıqda farş və emal olunmuş ət deyil, yalnız bütöv toyuq əti istifadə edilir. Bu yanaşma ənənəvi dadı və yüksək keyfiyyət standartlarını qorumağa imkan verir.

“SOCAR PETROLEUM” və “KFC Azerbaijan” tərəfdaşlığı müştəri rahatlığı və xidmət səviyyəsində yeni standartlar müəyyən edəcək, Azərbaycanın müasir yolboyu infrastrukturunun inkişafına töhfə verəcək.

Fotosessiya · 3 foto

1 / 3
“SOCAR PETROLEUM” və KFC yanacaqdoldurma məntəqələrində şəbəkəni genişləndirir
“SOCAR PETROLEUM” və KFC yanacaqdoldurma məntəqələrində şəbəkəni genişləndirir
“SOCAR PETROLEUM” və KFC yanacaqdoldurma məntəqələrində şəbəkəni genişləndirir

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər