Bazar · 23:44
Xəbər · Bazar

Kimya İnstitutunun polimer kompoziti quyuda hasilatı 3 dəfə artırıb

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun alimlərinin sintez etdiyi kompozit «Siyəzənneft» NQÇİ-nin quyusunda sınaqdan keçib: sutkalıq hasilat 0.2 tondan 0.6 tona qalxıb.

Kimya İnstitutunun polimer kompoziti quyuda hasilatı 3 dəfə artırıb

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun alimləri neft quyusunda hasilatı 3 dəfə artıran polimer kompozisiya yaradıb. Kompozit «Siyəzənneft» Neft-Qaz Çıxarma İdarəsinin «Zağlı-Zeyvə» sahəsindəki quyuda sınaqdan keçib.

İnstitutun direktoru professor Əfsun Sucayevin sözlərinə görə, oktyabr ayında aparılan istehsalat sınaqları müsbət nəticə verib və «Siyəzənneft» NQÇİ instituta müsbət rəy əks olunan akt təqdim edib. Sınaq zamanı yaranan texniki çətinliklər operativ aradan qaldırılıb.

Keçid metal kompleksləri və klatrat materiallar laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Qüdrət Əliyevanın rəhbərliyi ilə sintez edilən nanoquruluşlu koordinasion polimerəsaslı kompozit tətbiq olunana qədər quyu fasiləli rejimdə işləyib və orta sutkalıq hasilat 0.2 ton olub.

Sınaqdan sonra ölçmələr göstərib ki, sutkalıq hasilat 0.6 tona yüksəlib. Hasilatda mütləq artım sutkada 0.4 ton olub.

Fotosessiya · 3 foto

1 / 3
Kimya İnstitutunun polimer kompoziti quyuda hasilatı 3 dəfə artırıb
Kimya İnstitutunun polimer kompoziti quyuda hasilatı 3 dəfə artırıb
Kimya İnstitutunun polimer kompoziti quyuda hasilatı 3 dəfə artırıb

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər