“Birbank Biznes” mikrobiznes kreditinə 5%ədək endirim verir
Fərdi sahibkarlar noyabrın 30-dək krediti tətbiq vasitəsilə tam onlayn rəsmiləşdirsə, 5%ədək endirim alır.

“Birbank Biznes” fərdi sahibkarlar üçün mikrobiznes kreditinə endirim kampaniyası başladıb. 29 oktyabr – 30 noyabr tarixlərində krediti “Birbank Biznes” tətbiqi ilə tam onlayn rəsmiləşdirən müştərilər 5%ədək endirim əldə edir.
Kredit müraciəti tam onlayn aparılır. Zamin, girov, biznesə baxış və əlavə sənəd tələb olunmur. Sahibkar əlavə prosedurlara vaxt sərf etmədən maliyyə vəsaiti ala bilir.
Mikrobiznes krediti sahibkarlıq və ya peşə fəaliyyəti ilə məşğul olan, VÖEN sahibi olan fiziki şəxslər üçündür. Ticarət, istehsal, xidmət, gözəllik, kənd təsərrüfatı və digər sahələrdə çalışan sahibkarlar 500 manatdan 50,000 manatadək məbləği tətbiq vasitəsilə tam rəqəmsal formada əldə edə bilər.
“Birbank Biznes”in rəqəmsal həlli müraciətləri qısa müddətdə dəyərləndirir. Bununla sahibkarlar bizneslərini inkişaf etdirmək üçün lazım olan maliyyəyə daha operativ çıxış əldə edir.
“Birbank Biznes” “Kapital Bank”ın əmtəə nişanıdır. Müştərilərə istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir.
Mənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri