Bazar · 16:14
Xəbər · Bazar

“Kəpəz” BOKT Bakı Fond Birjasında 6 milyon manatlıq istiqraz yerləşdirəcək

Hər biri 100 manat nominal dəyərli 60,000 ədəd faizli istiqraz kütləvi təkliflə yerləşdiriləcək, tədavül müddəti 12 aydır.

"Kəpəz" BOKT Bakı Fond Birjasında 6 milyon manatlıq istiqraz yerləşdirəcək

“Kəpəz” MMC bank olmayan kredit təşkilatı “Bakı Fond Birjası” QSC-də 6 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır. İstiqrazların hər birinin nominal dəyəri 100 manatdır, ümumilikdə 60,000 ədəd buraxılacaq. Qiymətli kağızlar faizli, adlı, təminatsız və sənədsizdir.

Yerləşdirmə kütləvi təklif üsulu ilə aparılacaq, istiqrazlar 12 ay tədavüldə olacaq. İllik gəlirlilik yekun şərlərlə müəyyən ediləcək, faizlər isə aylıq ödəniləcək.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazları almaq istəyənlər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər. Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Tarixçə

PAŞA Kapital İnvestisiya Şirkəti 1 xəbər
  1. Bakı Fond Birjası investisiya şirkətlərinin dövriyyə renkinqini açıqladı

Mənbələr

Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

Aktual oxunanlar

son 36 saat
Bütün xəbərlər