Milli Məclis Abşeron dəniz bloku sazişini təsdiqlədi
Parlament Xəzərin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişi qəbul edib.

Milli Məclis noyabrın 24-də keçirilən plenar iclasda Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə dair qanun layihəsini qəbul edib. Sənəd sazişin təsdiqinə və icrasına icazə verir.
Layihə bundan əvvəl parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə olunub. Saziş Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), «TotalEnergies EP Absheron B.V.», «SOCAR Absheron» və «ADNOC İnternational ProjectCo 1RSC Limited» arasında imzalanıb. Sənəd dəyişdirilib və yeni redaksiyada tərtib olunub.
Tarixçə
TotalEnergies 1 xəbərMənbələr
Material AZERBUSINESS redaksiyası tərəfindən dünya və yerli bazarları, açıq mənbələri izləməklə hazırlanıb. İnvestisiya məsləhəti deyil. İstifadə şərtləri

