PicForge süni intellekt əsasında məhsul fotoları, qısa videolar və marketplace elanları hazırlayan onlayn platformadır. İstifadəçi məhsul şəklini yükləyir, sistem fonu silir, ölçünü dəyişir və formatı çevirir; nəticə Amazon, eBay, Etsy və AliExpress elanları üçün uyğun görünüş alır. Platformada həmçinin şəkil kəsmə, ölçü dəyişmə və fayl çevirmə kimi pulsuz alətlər var.
Xidmət onlayn satışla məşğul olan kiçik sahibkarlara, fərdi satıcılara və marketplace-də elan yerləşdirən şəxslərə lazımdır. Onların çoxu peşəkar fotoqraf və dizayner xidmətindən istifadə etmir, şəkilləri telefonla çəkir və elan keyfiyyəti aşağı qalır. PicForge bu işi sürətləndirmək və elanın görünüşünü yaxşılaşdırmaq üçün nəzəriyyədə sadə yol təklif edir.
Material redaksiyamız tərəfindən açıq mənbələr və startap platformaları əsasında hazırlanıb. Şirkətin reklamı və ya investisiya tövsiyəsi deyil; göstəricilər mənbədəki məlumatdır. İstifadə şərtləri