“Twitter”in gəliri təxminən 40% azalıb

“Twitter”in gəliri təxminən 40% azalıb
saw 161     

Amerikanın “Twitter” şirkətinin ötən ilin dekabrında gəliri reklam verənlərin əməkdaşlıq etməməsindən sonra təxminən 40% azalıb.

“AZERBUSINESS” xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə gəlir və xalis mənfəətdə təxminən 40% azalma Twitter rəhbərliyi tərəfindən investorlara təqdim edilib.

Keçən ilin oktyabrında sahibkar Elon Mask tərəfindən satın alındıqdan sonra Twitter özəl şirkətlər kateqoriyasına keçdi və artıq maliyyə hesabatlarını dərc etmir.

CNN-in fevralın ortalarında verdiyi məlumata görə, yeni sahibin siyasəti ilə razılaşmadığı üçün reklam verənlərin yarıdan çoxu şirkətlə əməkdaşlığı dayandırıb. Qeyd olunub ki, ötən ilin oktyabrından yanvarın 25-dək aylıq reklam gəlirləri 60%-dən çox azalaraq 127 milyon dollardan 48 milyon dollara düşüb.

PAYLAŞ:

POPULYAR OXUNANLAR